
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 6-sı saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi 6-da gecə saatlarından 8-13 metr/saniyəyədək zəifləyib. Dekabrın 5-də günün ikinci yarısından bəzi yerlərdə arabir yağış yağıb. Lənkəran-Astara zonasında intensiv olub.
Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəranda 20, Astarada 10, Quba, Biləsuvar, Zaqatala, Balakən, Göygöl, Cəfərxan, Beyləqan, Şabran, Qobustan, Xaltan, Qusar, Tərtər, Neftçala, Sabirabad, İmişli, Xaçmaz, Yardımlı, Göytəpə, Ağdam, Naftalanda 4 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub.