AMB-NİN BAŞ DİREKTORU VƏZİFƏSİNDƏN AZAD EDİLİB

Azərbaycan Mərkəzi Bankının baş direktoru Aqşin Vəliyev tutduğu vəzifədən azad edilib.

Bu barədə AMB-dən bildirilib.

Məlumata görə, hazırda bu vəzifəyə təyinat yoxdur.

Beləliklə, AMB-də baş direktorların sayı 6-ya endirilib. Onlar Ziya Əliyev, Vüqar Əhmədov, Əli Əhmədov, Toğrul Əliyev, Fərid Osmanov, Gülər ​​Paşayevadır.