AZƏRBAYCAN PARACÜDOÇULARI TOKİODA DAHA İKİ MEDAL QAZANIBLAR

Azərbaycanın daha iki paracüdoçusu Yaponiyanın paytaxtı Tokioda keçirilən Qran-pri turnirində gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, qadınlar arasında 70 kiloqram çəki dərəcəsində J2 kateqoriyasında çıxış edən Xanım

Hüseynova, kişilərin mübarizəsində isə 90 kiloqramdan yuxarı çəkidə yarışan İlham Zəkiyev ikinci yeri tutublar.

Bununla da Azərbaycan paracüdoçularının Qran-pridə əldə etdiyi medalların sayı beşə çatıb. Daha əvvəl Şəhanə Hacıyeva (48 kiloqram) və Vüqar Şirinli (60 kiloqram) fəxri kürsünün ikinci pilləsinə qalxıb, Namiq Abaslı (73 kiloqram) isə bürünc mükafatın sahibi olub.