STARTAPLAR ÜÇÜN AZƏRBAYCANIN KOREYA İLƏ BİRGƏ TƏLİM PROQRAMINA QEYDİYYAT BAŞLAYIB

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə startaplar və startap mentorları üçün təlim proqramına qeydiyyat başlayıb.

Onlayn və oflayn formatda həyata keçiriləcək bu proqram startap ekosistemində akselerasiya və mentorluq potensialının gücləndirilməsinə yönəlib.

Unikal biliklərlə zəngin proqram çərçivəsində startaplar üçün SAP (Startup Acceleration Program) və startap mentoru olmaq istəyən akademik heyət üçün TTT (Train the Trainer) təlimləri keçiriləcək.

Qeyd edək ki, proqramın sonunda 10 ən uğurlu startap komandasının hər birinə “Samsung Galaxy Tab S9” planşet hədiyyə ediləcək.

Son qeydiyyat tarixi dekabrın 24-dir.