GƏLƏN İL AZƏRBAYCAN BEYNƏLXALQ SIĞORTA FORUMU KEÇİRİLƏCƏK

2024-cü ildə Bakıda Azərbaycan beynəlxalq sığorta forumu keçiriləcək.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev deyib.

“Bildiyimiz kimi, 2020-ci ilə qədər hər il Azərbaycanda beynəlxalq sığorta forumu təşkil olunurdu. Lakin 2020-ci ildən bütün dünyanı öz cənginə alan COVID-19 pandemiyası bir çox layihələrin olduğu kimi bu forumun da müvəqqəti dayanmasına səbəb oldu. Lakin biz 2024-cü ildə ölkəmizdə beynəlxalq sığorta forumu ənənəsini yenidən bərpa edəcəyik. Bu forumda yerli sığortaçılarımızın dünya sığorta bazarları ilə birbaşa kommunikasiyası güclənəcək və dünya sığortaçıları sığorta sektorumuzla yaxından tanış olacaqlar”, – deyə E.Mirsalayev qeyd edib.