İSTANBUL BOĞAZINDA GƏMİLƏRİN HƏRƏKƏTİ DAYANDIRILIB

İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb.

Bu barədə Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsi açıqlama yayıb.

Bildirilib ki, qərar əlverişsiz hava şəraiti ilə əlaqədardır.

“Saat 17:50-dən etibarən boğazda gəmilərin hər iki istiqamətdə hərəkəti müvəqqəti olaraq dayandırılır”, – məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl İstanbulda aviareyslər də hava şəraitinə görə ləğv edilmişdi.