RUSİYADA SƏRNİŞİN TƏYYARƏSİ RADARLARDAN İTİB – DƏNİZƏ DÜŞDÜYÜ EHTİMAL OLUNUR

Rusiyanın Kamçatka diyarında An-26 sərnişin təyyarəsi radarlardan itib.

Təyyarədə 28 nəfər, 22 sərnişin və 6 heyət üzvü olub.

Qeyd olunur ki, Petropavlovsk-Kamçatski şəhərindən Palana qəsəbəsinə uçan təyyarə ilə əlaqə qısa müddət sonra kəsilib.

İlkin məlumatlara əsasən, təyyarənin dənizə düşə biləcəyi ehtimal olunur.