
Proqnozların vaxtında alınması, emalı və çatdırılması vacibdir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, Mobil tətbiq və SMS xəbərdarlıq sistemləri təşkil ediləcək.
“Bununla bağlı iş aparılır və Türkiyə təcrübəsi öyrənilir. Gələn ildən bu sistemin tətbiqi gözlənilir”, – deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında nazir müavini Umayra Tağıyevanın və ekspertlərin iştirakı ilə qlobal iqlim dəyişmələri mövzusunda dəyirmi masa keçirilib.
