ANAMA-NIN BÜDCƏSİNİN 95 FAİZİ HÖKUMƏT TƏRƏFİNDƏN MALİYYƏLƏŞDİRİLİR

“Humanitar minatəmizləmə fəaliyyəti maliyyələşdirdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edirik”.

Bunu “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfransda Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.

“Bizim büdcəmizin 95 faizi hökumət tərəfindən maliyyələşdirilir, yalnız 5 faizlik bir göstərici beynəlxalq donorlar tərəfindən həyata keçirilir”,-deyə S.Poladov bildirib.