DİN KİBER-ONLAYN TALAMALARLA BAĞLI VƏTƏNDAŞLARA MÜRACİƏT EDİB

“Kimsə sizə “bank kartınızı göndərin yardım edəcəyəm”, – desə göndərməyin!”

Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev kiberonlayn talamalarla bağlı vətəndaşlara müraciətində deyib.

“Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin beh verim” – desə göndərməyin! Kimsə sizə “kampaniya var – ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” – desə etməyin! Kimsə sizə “onlayn iş fürsəti var, pul köçürmələrindən qazana bilərsiniz” – desə qoşulmayın! Hamısı yalandır!

Çağırış edirik, dəstək xahiş edirik. Vətəndaşları məlumatdırmalıyıq: Kömək edin!”, – deyə xidmət rəisi bildirib.