GÜLƏŞÇİMİZ AVROPA ÇEMPİONATINDA ERMƏNİ RƏQİBİNƏ QALİB GƏLİB, DAHA İKİ İDMANÇIMIZ 1/4 FİNALA ÇIXIB

Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.

Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə, altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Nihat Məmmədli ilk görüşdə erməni rəqibinə gücünü göstərib.

Həsrət Cəfərov 1/8 finalda Macarıstan güləşçisini cəmi 1 dəqiqə 35 saniyəyə xalçadan məyus yola salıb. Xasay Həsənli Çexiya idmançısına elə ilk hissədə qalib gələrək yarışa inamlı start verib. Murad Əhmədiyev debütdə Gürcüstan güləşçisinə məğlub olub.

60 kq
1/8 final: Nihat Məmmədli – Davit Jotyan (Ermənistan) 3:1
1/4 final: Nihat Məmmədli – Numan Bayram (Almaniya)

67 kq
1/8 final: Həsrət Cəfərov – Adam Pohileç (Macarıstan) 8:0
1/4 final: Həsrət Cəfərov – Nikolay Dzezov (Bolqarıstan)

72 kq
Təsnifat: Xasay Həsənli – İvo Sviqler (Çexiya) 9:0
1/8 final: Xasay Həsənli – İqor Botez (Rumıniya)

82 kq
Təsnifat: Murad Əhmədiyev – Yaqo Qobadze (Gürcüstan) 0:9