İƏT ƏMƏK NAZİRLƏRİ KONFRANSININ NAZİRLƏR SESSİYASI BAŞLAYIB

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilir.

Sessiya “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Sessiyada İƏT əmək nazirlərinin 4-cü konfransının sədri kimi Səudiyyə Ərəbistanı Krallığının İnsan resursları və sosial inkişaf nazirinin müavini Adnan Abdulla Al Nuaimin çıxışı dinlənilib. Sonra konfransının sədri və bürosunun tərkibi seçilib.