AZƏRBAYCAN MUĞAMI MOSKVADA TEATR FESTİVALINDA SƏSLƏNƏCƏK

İyulun 3-4-də Moskvada Çexov adına 15-ci beynəlxalq teatr festivalı keçiriləcək.

Festival çərçivəsində Azərbaycanın Xalq artisti Alim Qasımovun muğam ansamblı iştirak edəcək.

Festivalın mətbuat xidmətinin məlumatına əsasən, A.Qasımov “Dünya sevgi üzərində qurulub” kompozisiyasını səsləndirəcək.