Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan Bolqarıstan və Aİ ilə birlikdə Yaşıl Enerji platformasının yaradılması üzrə Anlaşma Memorandumu imzalayıblar.
Bu barədə Energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında yazıb.
“Budapeştdə 4 ölkənin, Bolqarıstan və Aİ-nin iştirakı ilə Yaşıl Enerji Dəhlizi üzrə səmərəli görüş keçirdik. Biz tenderdən dərhal sonra texniki-iqtisadi əsaslandırmaya başlamaq və müştərək müəssisə yaratmaq üçün dekabrda Bakıda nəqliyyat sistemi operatorlarının görüşünü keçirməyə razılaşdıq”, – nazir yazıb.