BAKIDA “DEKOLONİZASİYA: QADINLARIN GÜCLƏNDİRİLMƏSİ VƏ İNKİŞAFI” MÖVZUSUNDA TƏDBİR İŞƏ BAŞLAYIB

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ölkəmizdə “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda tədbir keçirilir.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirin iştirakçılarına ünvanladığı müraciət səsləndirilib.

Müraciətin mətnini Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.