BAĞÇA MÜƏLLİMLƏRİNİN İŞƏ QƏBULU ÜZRƏ TEST İMTAHANI KEÇİRİLİB

Ölkə üzrə 17 imtahan mərkəzində məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, müsabiqənin müsahibə mərhələsi və namizədlərin vakant yerlərə yerləşdirilməsi yerli təhsili idarəetmə orqanları tərəfindən aparılacaq.