
Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə Üçtərəfli işçi qrup 12 iclas keçirib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Bu proses Bakı və İrəvan arasındakı münasibətlərin normallaşdırılmasında ən vacib rol oynayır, sabitləşməyə, bütün Cənubi Qafqazın tranzit-logistik potensialının açılmasına kömək edir”, – deyə o vurğulayıb.
Zaxarova, həmçinin qeyd edib ki, bütün tərəflər üçün əlverişli olan paket həllinə sıx yaxınlaşmağa nail olunub. Rusiya həmişəki kimi, regional kommunikasiyaların açılması üzrə proseslərə, o cümlədən yüksək səviyyədə üçtərəfli bəyanatların müddəalarına əsasən dəstək verməyə hazırdır.
