Bu qələbə bizim dünyaya bir mesajımız idi. Heç kim bizi sındıra bilməz və istənilən problemin öhdəsindən gəlməyə hazırıq.
Bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qurumun “Karabakh.Center” layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, işğaldan azad edilən torpaqlarda dağıntıların miqyası həddindən artıq böyükdür.