CEYHUN BAYRAMOV VƏ RUMINİYA XİN-BAŞÇISI ARASINDA TƏKBƏTƏK GÖRÜŞ KEÇİRİLİR 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rumıniya xarici işlər naziri Luminita Odobescu arasında təkbətək görüş keçirilir.

Bu barədə Azərbaycan XİN-in sosial media hesabında qeyd edilib.

Qeyd edək ki, 5 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun rəsmi şəxslərlə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Ceyhun Bayramov və Rumıniya XİN-başçısı arasında təkbətək görüş keçirilir (FOTO)