BAKI-AĞSTAFA-BAKI MARŞRUTUNA BAYRAM GÜNLƏRİNDƏ ƏLAVƏ QATAR REYSLƏRİ TƏYİN EDİLİB

Bayram günlərində Bakıdan Ağstafaya gecə qatarı ilə səfər etmək mümkün olacaq.

Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib ki, sərnişinlərin tələbatı nəzərə alınaraq 7-12 noyabr tarixlərinə əlavə reyslər təyin edib.

Belə ki, 7-11 noyabrda Bakıdan saat 23:55-də yola düşən qatar Ağstafaya 06:23-də çatacaq. 8-12 noyabrda Ağstafadan saat 09:00-da yola düşən qatar Bakıya 15:29-da çatacaq.