BAKIDA VƏ ABŞERON YARIMADASINDA GÖZLƏNİLƏN HAVA ŞƏRAİTİ HAQQINDA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti haqqında həftəlik məlumatı açıqlayıb. Xidmətdən verilən məlumata görə noyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman, az çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16°, gündüz 19-24° isti olacaq.

Noyabrın 6-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-17°, gündüz 20-25° isti olacaq.

Noyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər arabir güclənəcək, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16°, gündüz 18-23° isti olacaq.

Noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, havanın temperaturu gecə 13-16°, gündüz 17-22° isti olacaq.

Noyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 13-17°, gündüz 18-22° isti olacaq.

Noyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16°, gündüz 16-21° isti olacaq.

Noyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16°, gündüz 16-19° isti olacaq.