ATƏT CƏNUBİ QAFQAZDA ETİMADIN MÖHKƏMLƏNDİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏRİ DAVAM ETDİRƏCƏK – ATƏT SƏDRİ

ATƏT Cənubi Qafqazda etimadın möhkəmləndirilməsi üzrə tədbirləri davam etdirəcək.

Bunu ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan tərəfinin Ağdam rayonunun mina xəritələri müqabilində 15 ermənini təhvil verməsi regionda etimadın möhkəmləndirilməsi üzrə vacib addımdır.

A.Lindenin sözlərinə görə, ATƏT bu istiqamətdə fəal addımlar atmaqda davam edir:

“Regionda mənim xüsusi nümayəndəm aktiv fəaliyyət göstərir. Mən bir neçə gün əvvəl onunla görüşmüşəm. Bundan başqa, ATƏT Minsk qrupu da fəaliyyətini davam etdirir”.

O əlavə edib ki, ATƏT regionda qalan aktual məsələlərin uzunmüddətli siyasi həllinin tapılması üçün tədbirlər görməkdə davam edir.