BAKIDA KEÇİRİLƏCƏK 1/4 FİNAL MATÇININ İKİNCİ İŞTİRAKÇISI DA MƏLUM OLDU

İyunun 27-də futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Niderland-Çexiya oyunu baş tutub.

Oyun Çexiya millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Çexiya 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, 1/4 final mərhələsində Çexiya komandası Danimarka yığması ilə qaşılaşacaq. Oyun Bakı Olimpiya Stadionunda yerli vaxtla saat 20:00-da baş tutacaq.