
Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti TASS agentliyinə və Rusiyanın digər aparıcı KİV-nə girişi bloklayıb.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, saytların dərhal bağlanması barədə müvafiq göstəriş şəbəkə və elektron rabitə xidmətlərinin provayderlərinə göndərilib.
Qadağalar, həmçinin “Lenta.ru”, “Interfax”, “Moskovski komsomolets”, “İzvestiya”, “Komsomolskaya Pravda”, “Aif.ru”, “Rossiyskaya qazeta” saytlarına, “Regnum” və RİA FANA agentliklərinə, “Sputnik” radiosuna və Moldovanın bir neçə resursuna aiddir. Ümumilikdə isə ölkədə 31 xəbər portalı qadağa altına düşüb.
Qeyd edək ki, 2022-ci il fevralın sonlarında Ukraynada başlayan müharibə ilə əlaqədar Moldovada tətbiq edilən fövqəladə vəziyyət çərçivəsində Rusiyanın televiziya yayımlarına məhdudiyyətlər qoyulub. Ötən həftə isə Rusiya KİV-nə aid 20 internet resursuna giriş bloklanıb.
