BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA: BİZ AZƏRBAYCAN ORDUSUNA, ƏSGƏR VƏ ZABİTLƏRİMİZƏ HƏDSİZ DƏRƏCƏDƏ MİNNƏTDARIQ!

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 26 İyun – Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Bu gün biz böyük fəxarətlə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü qeyd edirik! Sözlə ifadə edilməsi çətin olan hislərlə qeyd edirik. Biz Azərbaycan Ordusuna, əsgər və zabitlərimizə hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə və dözümlülüyünüzə görə sizə minnətdarıq! Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə görə! Vətənə sədaqətlə xidmət etmək nümunəsinə görə! Siz bizim fəxrimizsiniz! Bu əlamətdar gündə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram! Bütün əsgər və zabitlərimizi səmimi-qəlbdən təbrik edirəm, Uca Tanrıdan onların hər birinə möhkəm cansağlığı, sevinc, sevgi və səadət, doğma Azərbaycanımıza sülh və əmin-amanlıq bəxş etməsini diləyirəm!”