ELEKTRON TƏHLÜKƏSİZLİK XİDMƏTİ KİBERTƏHDİDLƏRLƏ BAĞLI MƏRKƏZ QURUB

Vətəndaşların fərdi məlumatlarının qorunması üçün yeni yanaşmalar tətbiq edirik.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov “Kritik informasiya strukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir” adlı paneldə çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda dünya bazarında kibertehlükəsizlik sahəsində yeni sistemlər istifadəyə verilir.

“Lakin bu istiqamətdə həllərin ömrü qısadır. Bu həllər bir neçə dəfədən sonra təhlükəsizliyi təmin edə bilmir. Ona görə də də bizim də istiqamətlərimiz dəyişməlidir. Süni intellektdən istifadə edilir, hamı başa düşür ki öz sistemlərinin hamısını qoruya bilməz.

Əsas məqam kibertəhdidləri vaxtında müəyyən edərək qabaqlayıcı tədbir görməkdir. ETX artıq bu istiqamətdə mərkəz qurub və tədqiqat aparır”, – deyə o əlavə edib.