HEYDƏR ƏLİYEV ADINA BEYNƏLXALQ TƏHSİL QRANTININ VERİLMƏSİ QAYDASI VƏ MƏBLƏĞİ TƏSDİQ EDİLİB

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın verilməsi Qaydası və həmin Təhsil Qrantının məbləği təsdiq edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qaydada Təhsil Qrantının dövlət büdcəsindən Elm və Təhsil Nazirliyinə ayrılan vəsait hesabına İslam Əməkdaşlıq Təşkilatına, Qoşulmama Hərəkatına üzv ölkələrin, inkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələrin, eləcə də Azərbaycan xalqı ilə etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının təhsilinin təşkili məqsədilə verilməsi əks olunub.

Eyni zamanda Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantının illik məbləği müxtəlif təhsil səviyyələri üzrə müəyyən edilib, eləcə də digər xərclər nəzərdə tutulub.