TÜRKİYƏNİN 16 VİLAYƏTİNDƏ COVID-19-UN “DELTA” ŞTAMI AŞKARLANIB

Türkiyənin 16 vilayətində dünya üçün yeni təhlükə mənbəyi olan COVID-19-un “delta” ştamı aşkarlanıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

İndiyədək ölkədə virusun bu variantına yoluxan 134 nəfərin aşkarlandığını deyən nazir bu şəxslərdən 82-nin İstanbulda olduğunu qeyd edib. Bununla yanaşı, nazir virusun “delta plus” ştamının ölkədə görülmədiyini də vurğulayıb.