HƏRBİ İNSTİTUTUN KURSANTLARI BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDİRLƏR

Heydər Əliyev adına Hərbi İnstitutun bir qrup kursantı “5-ci Beynəlxalq Kursantlar Həftəsi”ndə iştirak etmək üçün Çin Xalq Respublikasının Sian şəhərində səfərdədir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin Mühəndislik Universitetində keçirilən tədbirdə Azərbaycan və Çin nümayəndələri ilə yanaşı, Belarus, İndoneziya, Laos, Macarıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tunis, Vyetnam və Zimbabvedən olan kursantlar da iştirak edirlər.
Qeyd edək ki, “5-ci Beynəlxalq Kursantlar Həftəsi” oktyabrın 28-dək davam edəcək.

Hərbi institutun kursantları beynəlxalq tədbirdə iştirak edirlər (FOTO)

Hərbi institutun kursantları beynəlxalq tədbirdə iştirak edirlər (FOTO)