MÜDAFİƏ NAZİRLİYİNİN RƏHBƏRLİYİ FƏXRİ XİYABANI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB

Silahlı Qüvvələr Günü münasibətilə iyunun 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, Ulu Öndərin xatirəsi hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanına gələrək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib, Əbədi məşəl kompleksinin önünə əklil qoyub.