Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku və Azərbaycanda səfərdə olan Avropa İttifaqı nümayəndə heyətinin digər üzvləri ilə maraqlı fikir mübadiləsi apardıq.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tvitterdəki paylaşımında bildirib.
“Regional təhlükəsizlik məsələləri, regional əməkdaşlıq perspektivləri və Aİ ilə əlaqələr barədə danışdıq” – deyə nazir vurğulayıb.