Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı Rüstəm Orucov olacaq.
Bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.
Hüseynzadə bildirib ki, iyulun 23-də keçiriləcək açılış mərasimində bu funksiyanı cüdoçu Rüstəm Orucov yerinə yetirəcək: “Keçən Olimpiadada qızıl medal alan idmançılardan bu ilki yarışa qatılan olmayacağı üçün gümüş medalçı Orucov bayraqdar olacaq. Rüstəm bu baxımdan ideal seçimdir”.