3 ÖLKƏNİN XİN RƏHBƏRİ AZƏRBAYCANA GƏLİB

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis və Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Azərbaycana işgüzar səfərə gəliblər.

Bu barədə B.Auresku “Twitter”də yazıb.

B.Auresku qeyd edib ki, Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı dörd görüş keçiriləcək:

“Azərbaycan Rumıniyanın strateji tərəfdaşıdır, ikitərəfli dialoqumuzda geniş potensial var”.