VAQİF XAÇATURYANIN MƏHKƏMƏSİNDƏ ZƏRƏRÇƏKMİŞ ŞƏXSLƏR İFADƏ VERİRLƏR

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri – Xaçaturyan Vaqif Çerkezin cinayət işi üzrə oktyabrın 17-də növbəti məhkəmə iclası davam etdirilir.

Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verirlər.

Zərərçəkənlər Vaqif Xaçaturyanın ömürlük həbs olunmasını tələb ediblər.

Vaqif Xaçaturyanın hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Radmila Abılova müdafiə edir.