ÜST UŞAQLARI VƏ YENİYETMƏLƏRİ DƏ KORONAVİRUSA QARŞI PEYVƏND ETMƏYƏ ÇAĞIRDI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə uşaqları peyvənd etməyə çağırıb.

 “İnterfaks”ın verdiyi məlumata görə, bu barədə ÜST-nin saytında yerləşdirilən tövsiyələrdə qeyd edilir.

Bildirilir ki, uşaqlar və yeniyetmələr böyüklərlə müqayisədə koronavirusu daha yüngül formada keçirirlər: “Bu səbəbdən, onlar koronavirusu ağır keçirmə riski daha yüksək olan qrupda olmadıqları təqdirdə, yaşlı insanlar, xroniki xəstəlikləri olan insanlar və səhiyyə işçilərindən sonra peyvənd edilməlidirlər”.

Daha əvvəl ÜST COVID-19 peyvəndlərinin uşaqlara təsiri barədə yetərli məlumatın olmadığını bildirmişdi, bu səbəbdən uşaqların peyvənd edilməsini tövsiyə etmirdi.