
Litva polisi Fələstin-İsrail münaqişəsi ilə əlaqədar Yaxın Şərqdə gərginliyin artması fonunda israillilərə məxsus obyektlərin mühafizəsini gücləndirib.
Litvanın polis departamentinin nümayəndəsi Ramunas Matonis bu barədə LRT radiosunun efirində deyib. Onun sözlərinə görə, yəhudi obyektlərinin qarşısında gücləndirilmiş polis naryadları keşik çəkəcək.
Lakin Litvanın yəhudi icması bu istiqamətdə atılan addımları yetərli hesab etmir. İcmanın sədri Faina Kuklyanski təhlükəsizlik tədbirlərinin hadisələrlə bağlı deyil, müntəzəm həyata keçirilməli olduğunu bildirib.
Litvanın paytaxtı Vilnüsdə fəaliyyət göstərən Şolom Aleyhem adına yəhudi məktəbi dərslərin distansiyadan keçirilməsi barədə qərar qəbul edib.
