NİZAMİ GƏNCƏVİNİN HİKMƏTLİ KƏLAMLARI EL SALVADOR VƏ MEKSİKA PORTALLARINDA

El Salvador Respublikasının “Literatura y poesía” (“Ədəbiyyat və poeziya”), Meksikanın “Más Literatura” (“Daha çox ədəbiyyat”) ədəbiyyat portallarının “facebook.com” səhifələri Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin cəsarət, dostluq, xeyirxahlıq, zülm və ədalət haqqında hikmətli kəlamlarının yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, Nizami Gəncəvinin 880 illik yubileyinə töhfə olaraq hazırlanmış materialı ispan dilinə mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva tərcümə edib.