ABŞ-ın Ədliyyə Nazirliyi İrana məxsus 33 internet saytının bağlanmasına nail olub.
Bu barədə ABŞ-ın Ədliyyə Nazirliyinin rəsmi saytında bildirilib. Diqqətə çatdırılıb ki, ABŞ-ın Ədliyyə Nazirliyi bu saytların dezinformasiya yaydığını əsas götürərək məhkəməyə müraciət edib. Məhkəmə nazirliyin müraciətini araşdıraraq İranın 33 internet saytının bağlanması haqqında qərar qəbul edib.
Qeyd edək ki, bir müddət əvvəl İranın Dövlət Televiziya və Radio Təşkilatı da ABŞ-ın sanksiyalar siyahısına əlavə edilib.