Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus əleyhinə yerli peyvənd sınaqlarının üçüncü mərhələsinin başladığını elan edib.
Dövlət başçısı bildirib ki, yerli istehsalı olan peyvənd “TURKOVAC” adlanıb:
“Koronavirusa qarşı yerli peyvənd sınaqlarının üçüncü mərhələsi ilə Türkiyə bu sahədə yeni bir səhifə açır”.