AZƏRBAYCAN XİN QƏZZADA TƏCİLİ DEESKALASİYAYA ÇAĞIRIB

Biz İsrail-Fələstin münaqişəsi zonasında mülki şəxslərə qarşı zorakılığı pisləyirik.

Bu barədə Azərbaycan XİN-in “X” hesabında bildirilib.

“Həm İsraildə, həm də Qəzza zolağında çoxsaylı mülki şəxslər arasında faciəvi şəkildə həlak olanlara görə başsağlığı veririk. Biz vəziyyətin təcili olaraq deeskalasiyasına çağırırıq”, – deyə paylaşımda qeyd olunub.