“IAF GƏNC PİONER” MÜKAFATINA AZƏRBAYCANDAN SONA QULİYEVAYA LAYİQ GÖRÜLÜB

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin bağlanış mərasimində “IAF Gənc Pioner”in finalçıları mükafatlandırılıb.

Mükafat Azərbaycandan Sona Quliyevaya təqdim olunub.

“IAF Gənc Pioner” mükafatına İtaliyadan Stefano Aliberti, Alice Brunello və Emanuela Gaglio, ABŞ-dan Benjamin Campbell, Azərbaycandan Sona Quliyeva, Lüksemburqdan Hannah Rana layiq görülüblər.

“IAF Gənc Pioner” mükafatı finalçıları gələn il Milanda keçiriləcək “IAF-2024”də təmsil olunacaq.

Qeyd edək ki, Sona Quliyeva “Azərkosmos”un Coğrafi İnformasiya Sistemləri üzrə aparıcı təlimçidir.