
İran hüquq müdafiəçisi Narges Mohammadi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.
Nobel Komitəsi oktyabrın 6-da İran hüquq müdafiəçisi Narges Mohammadinin Nobel Sülh mükafatına layiq görüldüyünü elan edib. O, “qadın əsarətinə qarşı mübarizəsinə”, eləcə də “hamı üçün insan hüquq və azadlığını təşviq etdiyinə” görə bu mükafata layiq görülüb.