MİLLİ MƏCLİSDƏ VƏFAT EDƏN DEPUTATLARIN XATİRƏSİ YAD EDİLİB

Milli Məclisdə vəfat edən deputatların xatirəsi yad edilib.

Parlamentin sədri Sahibə Qafarova bu gün keçirilən plenar iclasda bildirib ki, iyulun 14-də deputat Madər Musayev dünyasını dəyişib.

“Həmçinin sentyabrın 28-də parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da haqq dünyasına qovuşub. Qənirə Paşayeva Milli Məclisin qanunvericilik və qanunyaratma prosesində yaxından iştirak edib”, – deyə S.Qafarova deyib.

Daha sonra onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.