AZƏRBAYCAN XARİCİ İŞLƏR NAZİRLİYİ TÜRKİYƏDƏKİ TERROR HÜCUMUNU KƏSKİN PİSLƏYİB

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Türkiyənin Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilmiş terror aktını kəskin şəkildə pisləyib.

Nazirliyin X səhifəsindəki paylaşımında bildirilib: “Terrorizmə məruz qalan ölkə kimi Türkiyə ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni hər zaman dəstəkləyirik”.