ERMƏNİLƏR MÜHARİBƏSİ İŞTİRAKÇILARININ XATİRƏSİNƏ UCALDILMIŞ KOMPLEKSDƏN SİLAH ANBARI KİMİ İSTİFADƏ EDİBLƏR

Qarabağ bölgəsinə baxış zamanı Xocavənd rayonu ərazisində İkinci Dünya Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış memorial kompleksdə xeyli sayda silah-sursat aşkar edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, kompleksdə aşkar edilən külli miqdarda döyüş sursatı və müxtəlif çaplı silahlar buranın silah-sursat anbarı kimi istifadə edildiyini sübut edir.