
Gələn il hazırlanacaq 5-9-cu sinif dərslikləri üzərində işə başlanılıb. Proses may ayınadək başa çatacaq.
Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qimətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib. O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən dəyişilməsinə ehtiyac olan dərsliklər mütəmadi yenilənməlidir. Bu dərsliklərə tarix, coğrafiya fənləri daxildir. Həmçinin kurikulum proqramında dəyişiklik olduğu üçün 5-6-cı siniflər üçün Təbiət dərsliyi hazırlanıb.