KƏLBƏCƏRDƏ QANUNSUZ FƏALİYYƏT GÖSTƏRƏN ŞİRKƏTİN ƏRAZİSİNDƏ SİLAH-SURSAT AŞKAR EDİLİB

Kəlbəcər rayonu ərazisində yerləşən “Dəmirli” mis-molibden yatağında uzun illər qanunsuz fəaliyyətlə məşğul olan “Base Metals” şirkətinə məxsus tikililərin hərbi məqsədlər üçün istifadə olunduğu müəyyən edilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Nazirlikdən bildirilib ki, əraziyə baxış keçirilərkən adı çəkilən şirkətin obyektlərində yaradılmış anbarda külli miqdarda silah və sursat aşkar olunaraq götürülüb.