GÜRCÜSTANDA 4,7 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Gürcüstanda 4,7 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin məlumatında deyilir.

Yerli vaxtla saat 08:00-da baş vermiş zəlzələnin episentri paytaxt Tbilisi yaxınlığında qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

xxx

08:28

Tbilisidən 6 km məsafədə Mtsxeta şəhəri yaxınlığında 4,4 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin məlumatında deyilir.

Zəlzələnin episentri Norio kəndindən 2 km aralıda yerləşib. Yeraltı təkanların episentri 9 km dərinlikdə yerləşir. Yeraltı təkanlar yerli vaxtla saat 08:00-da (Bakı ilə eyni) qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat verilmir.