MARİYA ZAXAROVA: RUSİYA XİN-İ MİNA XƏRİTƏLƏRİNİN TƏHVİL VERİLMƏSİ PROBLEMİNİN HƏLLİNİ VACİB HESAB EDİR

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın azad edilmiş ərazilərinin minalanmış sahələrinin xəritələrinin təhvil verilməsi probleminin həllini vacib hesab edir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya humanitar problemləri, xüsusilə də minalardan təmizlənmə və mina xəritələrinin verilməsi problemini həll etməyi zəruri hesab edir.