MÜDAFİƏ NAZİRLİYİ: TƏCİLİ TİBBİ YARDIM MAŞININA ATƏŞ AÇILMASI BARƏDƏ YAYILAN MƏLUMATLAR YALANDIR

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə yayılan bu məlumatı qəti surətdə təkzib edirik.